Aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hafta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat yayıb.
Qeyd edilib ki, 2 nəfərin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
***
Masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.
Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, öldürülən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
Hafta.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.